Rusiyada 11 hava limanında uçuşlara məhdudiyyət yenidən uzadıldı

Rusiyada 11 hava limanında uçuşlara məhdudiyyət yenidən uzadıldı
"Rosaviasiya” ölkənin cənubunda və mərkəzində 11 hava limanında uçuşların məhdudlaşdırılmasını daha bir həftə uzatmaq qərarına gəlib.
Bu barədə Rusiya Hava Nəqliyyatı Agentliyinin saytında məlumat verilib.
"Rusiyanın cənubunda və mərkəzində 11 hava limanının uçuşlarının məhdudlaşdırılması rejimi 21 dekabr 2022-ci ilə qədər uzadılıb”, - deyə “Rosaviatsia” məlumat yayıb.
Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Doni Rostov, Simferopol, eləcə də Elista hava limanlarında uçuşların məhdudlaşdırıldığı dəqiqləşdirilib.
Rusiya Ukraynada xüsusi əməliyyat başlayandan ölkənin cənubunda və mərkəzində uçuşlara məhdudiyyətlər qoyub.
Daha sonra uçuş məhdudiyyətləri bir neçə dəfə uzadılıb. Məhdudiyyətlərin aradan qaldırılması üçün təxmini tarixlər hələlik məlum deyil.
Gundelik-Baku.Org