ABŞ Ukraynaya hava müdafiə sistemləri göndərir

ABŞ Ukraynaya hava müdafiə sistemləri göndərir
ABŞ Ukraynaya "Hawk" hava hücumundan müdafiə sistemlərini göndərməyi planlaşdırır.
Məlumatı "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmiləri yayıb.
Bildirilir ki, sistemlər ABŞ ordusunun silah anbarlarından veriləcək. Silahların prezidentin PDA adlı xüsusi qərarı ilə Ukraynaya göndəriləcəyi qeyd olunur. Bu qərarla silahların ötürülməsi üçün Konqresin icazəsinə ehtiyac duyulmur.
Agentlik vurğulayıb ki, yeni göndəriləcək hava hücumundan müdafiə sistemləri Vaşinqtonun yazda Kiyevə tədarük etdiyi "Stinger" zenit sistemlərini əvəz edəcək. "Stinger" ölçüsü və növü baxımından nisbətən kiçik, həm də sadədir.
Vyetnam müharibəsi dövründən qalan "Hawk" hava hücumundan müdafiə sistemləri bir neçə dəfə təkmilləşdirilib. Bu sistemlər Rusiyanın pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumlarına qarşı müdafiədə Ukraynaya kömək edəcək. Amerikanın "Raytheon" şirkəti tərəfindən istehsal olunan müdafiə sistemləri 1,5 km-dən 35 km-ə qədər məsafədə və 60 min ilə 18 min metr yüksəklikdə hədəfləri vurmaq üçün nəzərdə tutulub.
Gundelik-Baku.Org