Soçidə Putin və Paşinyan arasında görüş başladı - YENİLƏNİB

Soçidə Putin və Paşinyan arasında görüş başladı - YENİLƏNİB
Soçidə Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb.
Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
***
11:23
Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gəlib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
*** 08:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  bu gün Soçiyə  səfər edəcək. 
Dövlət başçısı Rusiya Federasiyanın Prezidenti Vladimir Putinlə görüşəcək.

Həmçinin, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan Baş nazirinin üçtərəfli görüşü baş tutacaq. 
Gundelik-Baku.Org