Paşinyan Rusiyaya xanımı və qızı ilə gedib - YENİLƏNİB

Paşinyan Rusiyaya xanımı və qızı ilə gedib - YENİLƏNİB
Ermənistanın baş naziri Nikol Paşinyan xanımı Anna Akopyan və qızı ilə Rusiya Federasiyasına işgüzar səfər edib. 
Bu barədə baş nazirin aparatının mətbuat xidməti məlumat yayıb.
Paşinyanı Sankt-Peterburqun Pulkovo beynəlxalq hava limanında Leninqrad qubernatoru Aleksandr Drozdenko qarşılayıb.
Qeyd edək ki, o, dekabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammitində iştirak edəcək.

xxx
09:21
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Erməni mətbuatı xəbər verir ki, Paşinyan 26-27 dekabr tarixlərində MDB-yə üzv ölkələrin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Gundelik-Baku.Org