Ukrayna və Rusiya arasında yeni əsir mübadiləsi oldu

Ukrayna və Rusiya arasında yeni əsir mübadiləsi oldu
Dekabrın 14-də Rusiya ilə Ukrayna arasında daha bir məhbus mübadiləsi baş verib. 
Bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak məlumat verib. 
Onun sözlərinə görə, Rusiya əsarətindən qayıdan hərbçilər Donetsk və Luqansk istiqamətində döyüşüb, o cümlədən Baxmutun müdafiəsində iştirak ediblər.
"Silahlı Qüvvələrin 64 əsgəri Ukraynaya qayıdıb. Bunlar zabitlər, sıravi və çavuşlardır, bizim qəhrəmanlarımızdır", - Yermak qeyd edib. 
Yermakın sözlərinə görə, ukraynalılara kömək edən ABŞ vətəndaşı Murekez Suedini də azad etmək mümkün olub.
Gundelik-Baku.Org