Paşinyan Rusiyada İlham Əliyevlə görüşəcək?

Paşinyan Rusiyada İlham Əliyevlə görüşəcək?
Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edəcək.
Bu barədə Baş nazirin ictimaiyyətlə əlaqələr aparatının rəhbəri Armen Xaçatryan bildirib.
Onun sözlərinə  görə Paşinyanın 26-27 dekabrda Rusiyanın Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin dövlət başçılarının qeyri-formal sammitində iştirak edəcək. 
Bununla yanaşı, Xaçatryan Paşinyanla Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli görüşün keçirilib-keçirilməyəcəyinə dair suala “gündəmdə belə məsələ yoxdur” deyə cavab verib.
Gundelik-Baku.Org