"Ermənistanın Azərbaycana ehtiyacı var" - Paşinyan

"Ermənistanın Azərbaycana ehtiyacı var" - Paşinyan
Cənubi Qafqazda Ermənistan-Gürcüstan-Azərbaycan formatında müzakirələrə başlamaq ideyası var.
Erməni KİV xəbər verir  ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan IV Qlobal Forumunda çıxışı zamanı deyib.  
"İdeya yeni deyil, kifayət qədər köhnədir, mən həmişə o ideyanı dəstəkləmişəm, lakin mən təklif etmişəm ki, bu platforma, ilk növbədə, yalnız və yalnız regionumuzdan nifrət nitqinin kökünün kəsilməsi istiqamətində istifadə olunsun”, - Paşinyan bildirib.
Həmçinin, o Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərinin çox önəmli olduğunu vurğulayıb.
"Bu yaxınlarda Türkiyədə verilən bəyanatla razılaşdığımı bildirmək istəyirəm və ideya ondan ibarət idi ki, regionun bütün dövlətləri, o cümlədən Türkiyə, Ermənistan və Azərbaycan təhlükəsizlik, suverenlik və müstəqilliyin təmin edilməsi baxımından bir-birinə lazımdır. Və bu, çox vacibdir”, - Nikol Paşinyan bəyan edib.
Gundelik-Baku.Org