Lavrov G20-də Zelenskidən sonra çıxış etdi

Lavrov G20-də Zelenskidən sonra çıxış etdi
İndoneziyada keçirilən G20 sammitində prezident Vladimir Putinin yerinə Rusiyanı təmsil edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov çıxışı zamanı “neonasistlər”dən danışıb. 
"Bloomberg" xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenskinin virtual çıxışı yayımlananda Lavrov zalda qalıb. 
Bundan sonra Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəhbəri söz alaraq Zelenskiyə cavab verməli olduğunu bildirib. O, Ukrayna prezidentini Rusiyaya mühazirə oxumaqda ittiham edib.
"Rusiya Ukraynada neonasistlərlə mübarizə aparır", - Lavrov çıxışında deyib. 
Onun  çıxışı zamanı, zalda reaksiya “səssiz” olub ki, bu da dünya liderlərinin rusların təkəbbüründən bezdiyini nümayiş etdirir.
Qeyd edək ki, noyabrın 15-də İndoneziyada keçirilən ikigünlük G20 sammitinin ilk günündə Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib.
O, çıxışında “Böyük 19 ölkələri”nə müraciət edərək bildirib ki, Ukraynaya vicdan, suverenlik, ərazi və müstəqilliklə güzəştlər təklif etməyə dəyməz.
O, vurğulayıb ki, müharibəyə son qoymaq üçün Rusiya Federasiyası işğalçı qüvvələrini çıxarmalı, dövlətimizə dəymiş ziyanı ödəməli, ölkəmizin ərazi bütövlüyünü təsdiq etməlidir.
Gundelik-Baku.Org