"Nikah yaşı yalnız 18 qəbul edilsə, neqativ halların qarşısı alınacaq" - Bahar Muradova

"Nikah yaşı yalnız 18 qəbul edilsə, neqativ halların qarşısı alınacaq" - Bahar Muradova
"Qanunvericiliyə görə həm oğlan, həm də qızlar üçün nikah yaşı 18-dir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O bildirib ki, 18 yaşı tamam olmayanda yerli icra hakimiyyəti orqanlarının icazəsi ilə 17-18 yaş arasında müəyyən səbəblər nəzərə alınaraq nikah bağlamağa icazə verilir:
"Biz də bilirik ki, qanunvericilikdə həmin səbəblərin nədən ibarət olduğunun dairəsi göstərilmir. Ona görə də burada subyektiv yanaşma var. Bu səbəbdən bəzən neqativ hallar baş verir. 18 yaş yetkinlik yaşı sayılırsa, hansısa güzəştin edilməsindən imtina etməliyik. Dövlət komitəsi bununla bağlı müəyyən təklif hazırlayıb və qanunvericilik təşəbbüsü edib. Deputatlardan da dəstək istəyirəm. Digər dövlət qurumlarında fərqli fikirlər var. Ümumilikdə, istisna aradan qaldırılsa, nikah yaşı yalnız 18 qəbul edilsə, bir sıra neqativ halların qarşısı alınacaq. Bununla da erkən nikah termini dilimizdən çıxacaq".
Gundelik-Baku.Org