"Pensiya yaşının azaldılması problemlər yarada bilər" - Nazir

"Pensiya yaşının azaldılması problemlər yarada bilər" - Nazir
"Pensiya yaşı ilə bağlı olduqca ehtiyatlı davranmaq lazımdır".
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Nazir bildirib ki, pensiya yaşının azaldılması böyük problemlər yarada bilər.
“Bizdə ömür uzunluğu dinamikası müsbətdir. Digər tərəfdən, pensiya fondunun maliyyə vəziyyəti yaxşıdır. Biz də maraqlıyıq ki, insanlar pensiyaya çıxanda yaxşı pensiya alsın. Təklif edirəm ki, deputatlarla bu məsələni müzakirə edək. Bu, ciddi məsələdir”.
Gundelik-Baku.Org