Aygün Kazımovanın qızı İlqarənin 32 yaşı tamam oldu - FOTO

Aygün Kazımovanın qızı İlqarənin 32 yaşı tamam oldu - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımovanın 32 yaşı tamam olub. 

Sənətçi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. Kazımova qızı İlqarənin fotosunu paylaşaraq onu yeni yaşı münasibətilə təbrik edib.

 

İfaçı paylaşıma "Doğum günün mübarək, mamasının ürəyi...." sözlərini də əlavə edib. 

Xatırladaq ki, Aygün Kazımova 1989-cu ildə İlqar adlı bəylə evlənib. 1990-cı ilin 7 oktyabrında qızı İlqarə Kazımova dünyaya gəlib. Daha sonra sənətçi həyat yoldaşı İlqardan ayrılıb.

Buna səbəb isə həyat yoldaşının Aygünə səhnə qadağası qoyması, hər gün incitməsi olub.

 
Gundelik-Baku.Org