Türkiyədə 6 yaşında qızını ərə verən vəqf lideri belə saxlanıldı

Türkiyədə 6 yaşında qızını ərə verən vəqf lideri belə saxlanıldı
Türkiyədə 18 il əvvəl 6 yaşlı qızını ərə verən Hiranur Vəqfinin lideri Yusuf Ziya Gümüşeli polis tərəfindən saxlanılıb. 
Bu barədə  İstanbul şəhər Prokurorluğu məlumat yayıb. 
Bildirilir ki, H.K.G. adlı qadının şikayəti üzrə həyata  keçirilən əməliyyat işi nəticəsində ata Yusuf Ziya Gümüşeli barəsində həbs qətimkan tədbiri seçilib. 
Qeyd edək ki, H.K.G. adlı qadın  6 yaşında olarkən  29 yaşlı Kadir İstekli adlı şəxsə ərə verilib. Onun sözlərinə  görə,  Kadirlə onun arasında dini kəbin kəsilib və həmin gündən etibarən H.G.K Kadir İstekli tərəfindən cinsi istismara məruz qalıb.
H.K.G. 13 yaşına çatdıqda nişanı, 14 yaşı olduqda isə toyu olub. Onun 18 yaşı tamam olduqda isə rəsmi nikahı baş tutub.
Bununla belə, qadın 17 yaşında ana olduğunu bildirib. 

Gundelik-Baku.Org