"Azərbaycanda hələ də erkən nikah halları var" - Komitə sədri

"Azərbaycanda hələ də erkən nikah halları var" - Komitə sədri
“Təəssüf ki, bu gün Azərbaycanda hələ də erkən nikah halları var. Bu məsələyə nəzarət funksiyaları gücləndirilməlidir”. 
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.
Komitə sədri bildirib ki, ölkədə doğulan körpələrlə bağlı cinsi ayrı-seçkilik mövcuddur: “Bu və digər gender əsaslı hallar məişət zorakılığı cinayətinə səbəb olur. Bununda ağır fəsadlarını görürük”.
Gundelik-Baku.Org