Yeniyetmə qızı məktəbdən çıxarıb ərə verirlər - YENİLƏNİB

Yeniyetmə qızı məktəbdən çıxarıb ərə verirlər - YENİLƏNİB
"Toyu olacaq deyilən qızla bağlı rayon icra hakimiyyətinin hüquq şöbəsinə və sahə müvəkkilinə məlumat vermişəm".
Bunu "Unikal"a Göyçay rayon Çərəkə kəndinin icra nümayəndəsi Tehran Adıgözəlov deyib.
O bildirib ki, polis hazırda həmin evdədir və araşdırma aparılır: "Məktəb direktorundan öyrəndim ki, qızın 17 yaşı var, 10-cu sinif şagirdidir. Amma məktəbdən çıxarılıb. Babası deyib ki, qızı indi toy edəcəklər. Lakin 18 yaşı tamam olandan sonra oğlan evinə köçürəcəklər. Qız hazırda valideynləri ilə Bakı şəhərində kirayədə qalır".
*** 13:44
Göyçay rayonunda 14 yaşlı qız ərə verilir.
Bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, Göyçayın Çərəkə kəndində 14 yaşlı qızın sabah toyu olacaq. Yeniyetmə Ağsu rayonunda yaşayam şəxsə ərə verilir.
Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib. Belə ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır.
Gundelik-Baku.Org