"Sonsuzluq ciddi ailə problemlərinə səbəb olur" - Qənirə Paşayeva

"Sonsuzluq ciddi ailə problemlərinə səbəb olur" - Qənirə Paşayeva
"Azərbaycanda son zamanlar cins seçimi getdikcə artır. Bu sahədə qanunvericilikdə müəyyən dəyişiklik edilsə də, hələ də artım gedir".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Komitə sədri bildirib ki, bu artım bioloji normalardan xeyli yüksəkdir: “Əgər artım tendensiyası belə davam etsə, bu, gələcək üçün ciddi təhdiddir. Bu baxımdan, mövcud göstəricinin qarşısını almaq üçün vacib addımlar atılmalıdır. Bizə müraciət edən qadınların arasında övladı olmadığı üçün zorakılığa məruz qalanlar heç də az deyil. Bu da ailədə qadınlar üçün ciddi problem yaratmış olur. Süni mayalanma əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməlidir. Sonsuzluq ciddi ailə problemlərinə səbəb olur".
Gundelik-Baku.Org