18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı AÇIQLANDI

18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı AÇIQLANDI
"Hesabat dövründə məcbur nikaha cəlbetmə ilə bağlı 1 cinayət faktı qeydə alınıb. Erkən nikahla bağlı isə 6 cinayət işi başlanılıb".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Komitə sədri xatırlaıdb ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib:
"Aparılan profilaktik və maarifləndirici tədbirlərin nəticəsi olaraq 2021-ci ildə bu say 267 nəfər azalaraq 1650 nəfər olub. Respublikanın iqtisadi rayonları üzrə 2021-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayında ən yüksək göstərici Aran iqtisadi rayonunun payına düşür (575 nəfər), daha sonra Gəncə-Qazax iqtisadi rayonu (351 nəfər), Lənkəran iqtisadi rayonu (210 nəfər) və Yuxarı Qarabağ iqtisadi rayonu (76 nəfər) bu ardıcıllığı davam etdirir".
Gundelik-Baku.Org