İstirahət günlərində rayonlara daşınan sərnişin sayı AÇIQLANDI

İstirahət günlərində rayonlara daşınan sərnişin sayı AÇIQLANDI
Bayram və qeyri-iş günlərində müntəzəm və qeyri-müntəzəm reyslə  müxtəlif şəhər və rayonlara daşınan sərnişinlərin sayı açıqlanıb. 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilən məlumata görə, sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə əlavə avtobuslar cəlb edilib, xəttə buraxılan avtobusların intervalına xüsusi nəzarət olunub.
Belə ki, 5,6,7,8 və 9 noyabr tarixlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ölkənin müxtəlif şəhər və rayonlarına 1199 reyslə 35282 sərnişin daşınıb.
Gundelik-Baku.Org