Türkiyədə sərnişin qadın sürücüyə hücum etdi, avtobusa zərər vurdu

Türkiyədə sərnişin qadın sürücüyə hücum etdi, avtobusa zərər vurdu
Türkiyənin İzmir şəhərində sərnişin avtobusu idarə edən qadına hücum edib.
Belə ki, sərnişin işıqforun qırmızı işığında sürücüdən qapını açmağı tələb edib.
Sürücü qadın isə təhlükəsizlik qaydalarını əsas gətirərək qapını açmaqdan imtina edib.
Nəticədə sərnişin sürücüyə hücum edib, avtobusa zərər vurub.
Yalnız polislər işə qarışandan sonra narazı sərnişin saxlanılaraq polis bölməsinə aparılıb.

Mənbə: İHA
Gundelik-Baku.Org