Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi
Bakıda Xaqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. 
Bakı Nəqliyyat Agentliyi xəbər verir ki, bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 4, 46 nömrəli müntəzəm və  H1 ekspres marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. 
Avtobuslar Üzeyir Hacıbəyov küçəsi istiqamətində alternativ yollarla hərəkət edirlər.
Gundelik-Baku.Org