Bu ay üçün Şuşaya bütün biletlər satılıb

Bu ay üçün Şuşaya bütün biletlər satılıb
Bakı-Şuşa və Əhmədbəyli-Şuşa-Əhmədbəyli müntəzəm avtobus reysinə noyabr ayına olan biletlərin hamısı satılıb.
Bu barədə "Yolumuz Qarabağa" portalı (www.yolumuzqarabaga.az) xəbər verir.
Qeyd edək ki, Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutları bu il yanvarın 24-dən həyata keçirilir. İyunun 25-də isə Bakı-Füzuli-Bakı şəhərlərarası müntəzəm avtobus marşrutu istifadəyə verilib.
Gundelik-Baku.Org