5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edilib

5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edilib
Bakıda sərnişindaşımanı həyata keçirən 5 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunub.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
"Daxil olan vətəndaş müraciətləri əsasında 70, 79, 91, 145 və 160A nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən müsabiqəyə çıxarılıb", - məlumatda deyilir.
Müsabiqə Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçirilir.
Müsabiqədə iştirak etmək istəyənlər Agentliyə müraciət edə bilər.
Gundelik-Baku.Org