Taxıl asılılığının azaldılması üçün proqram hazırlanacaq

Taxıl asılılığının azaldılması üçün proqram hazırlanacaq
"Taxıl idxalından asılılığın azaldılması üçün müvafiq proqram hazırlanacaq. Bu istiqamətdə müvafiq addımların atılması nəzərdə tutulub".
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitdə 20,5% artım var.
“Aqrar sahədə subsidiyaların nə qədər düzgün verilməsinə baxmaq lazımdır. Dövlət büdcəsində subsidiyaların ayrılması nəzərdə tutulub. Bu sahəyə dəstək verilməsi hökumət tərəfindən vacib sayılır”.
Gundelik-Baku.Org