Azərbaycanda qəlyan üçün tütün və tütün əvəzedicilərinin aksiz dərəcəsi azaldılır

Azərbaycanda qəlyan üçün tütün və tütün əvəzedicilərinin aksiz dərəcəsi azaldılır
Azərbaycanda gələn ildən qəlyan üçün tütün və tütün əvəzedicilərinin aksiz dərəcəsinin azaldılması nəzərdə tutulub.

Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, qəlyan üçün tütünlər və tütün əvəzləyicilər, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş” və ya "bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən çəkilən tütünlərin hər kiloqramı üçün aksiz dərəcəsi 8 manat və yaxud 26,7% azaldılaraq 30 manatdan 22 manata endirilir.
Gundelik-Baku.Org