Rusiyada məktəblilərə ibtidai hərbi təhsil veriləcək

Rusiyada məktəblilərə ibtidai hərbi təhsil veriləcək
Növbəti tədris ilində rus məktəblərində ibtidai hərbi hazırlıq kursu və  “Həyat təhlükəsizliyinin əsasları” fənni tədris olunacaq. 
TASS xəbər verir ki, bu barədə Rusiyanın təhsil naziri Sergey Kravtsova  məlumat yayıb. 
Onun sözlərinə görə, şöbə federal əsas təhsil proqramları səviyyəsində məktəblilərin müvafiq biliklərə yiyələnməsini birləşdirməyi planlaşdırır.
"Məktəbdənkənar modul rus məktəbləri üçün hazırlanacaq və növbəti tədris ilindən təhsil proqramlarında tətbiq olunacaq.“Həyat təhlükəsizliyinin əsasları” tədris fənni üzrə federal kurikulum layihəsi iki proqram variantını təqdim edir, onlardan biri ixtisaslaşdırılmış kursant siniflərinə yönəlib”, - deyə nazir qeyd edib.  
Gundelik-Baku.Org