Nazir manatın məzənnəsindən DANIŞDI

Nazir manatın məzənnəsindən DANIŞDI
"Burada məzənnənin sabitliyindən danışıldı. Məzənnə bizdə sabitdir".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib.
"Bir çox qonşu ölkərin valyuta məzənnələrində görürsünüz ki, mövcud vəziyyətlə bağlı xeyli dəyərsizləşmələr baş verib. Məzənnə sabitliyinin olması üçün Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında çox sıx koordonasiyalı iş aparılır. Biz maraqlıyıq ki, bu sabitliyə hər hansı xələl gətirilməsin", - deyə nazir qeyd edib.
Gundelik-Baku.Org