Ukrayna müttəfiqlərindən kömək istəyir: "Daha çox silah verin"

Ukrayna müttəfiqlərindən kömək istəyir: "Daha çox silah verin"
“Bu çətin anda mən bir daha tərəfdaşlarımızı və müttəfiqlərimizi qətiyyətli olmağa çağırıram”.
Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko sosial şəbəkə hesabındakı paylaşımında yazıb.
“Bizə daha çox silah verin. Bizə hava hücumundan müdafiə sistemləri, tanklar, təyyarələr və uzaq mənzilli raketlər lazımdır”, - paylaşımda bildirilib.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Ukraynanın bir neçə vilayəti hava hücumuna məruz qalıb. Ölən və yaralananların olduğu bildirilir.



Gundelik-Baku.Org