Yeməkdən sonra ÇAY İÇMƏK olar?

Yeməkdən sonra ÇAY İÇMƏK olar?
Çayın tərkibində taninlər qidadan dəmirin sorulmasına mane oldur.
Bu barədə mütəxəssis Marqarita Lvova “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
“Məsələ istehlak edilən çayın miqdarı və keyfiyyətindədir. Onu yeməklə qarışdırmamaq, əsas yemək və çay içməyi ayırmaq daha yaxşıdır”, - deyə ekspert izah edib.
O qeyd edib ki, çayın təhlükəsiz dozası gündə 400 ml-dir və onu günün birinci yarısında istifadə etmək daha yaxşıdır.
Onun sözlərinə görə, ən yaxşısı yeməkdən 40 dəqiqə sonra çay içməyə başlamaqdır.
Gundelik-Baku.Org