ABŞ-da kimya fabriki yandı - Təhlükəli maddə yayılıb

ABŞ-da kimya fabriki yandı - Təhlükəli maddə yayılıb
ABŞ-ın İllinoys ştatının LaSalle şəhərində kimya fabriki yanıb. 
Polis fabrikdən yaşıl oksidləşdirici maddənin buraxıldığı barədə ictimaiyyətə xəbərdarlıq edib. 
Alov sürətlə yayıldığı üçün yanğınsöndürənlər yanğını söndürməkdə çətinlik çəkib. 
Əhaliyə ərazidən uzaq durmaq istənilib.
Şirkətin açıqlamasına görə, bütün işçilər təxliyə edilib, xəsarət alan olmayıb.
"Fabrikə böyük ziyan dəyib və uzun səylərdən sonra yanğın nəzarət altına alınıb", - ərazi üzrə yanğınsöndürmə rəhhbəri bildirib. 
Yanğının səbəbi hələlik məlum deyil, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Gundelik-Baku.Org