“Bu qətnamə kağız parçasından başqa bir şey deyil” – Elman Nəsirovdan açıqlama – Özəl

“Bu qətnamə kağız parçasından başqa bir şey deyil” – Elman Nəsirovdan açıqlama – Özəl
Məlum olduğu kimi Yanvar ayının 18-də Avropa Parlamenti yenə biabırçı qətnamə layihəsini qəbul edib. Əslində hazırlanmaqda olan qətnamə layihəsinə girişi onun hərəkətliliyini təmin edən sənəddir. Bu gün isə real qətnamənin qəbulu gözlənilir.
News365.az-a məlumat verən millət vəkili Elman Nəsirov bildirir ki, AP-də formalaşmış qüvvələr nisbətini nəzərə alsaq Bakı vaxtıyla saat 17:00-da qətnamənin qəbul edilməsi gözlənilir. Bu qətnamədə yenə də Avropa parlamentariləri özlərinin əsl mahiyyətlərini ortaya qoyublar. Ermənipərəst mahiyyətlərini ifşa ediblər.
Yenə də yalan, ehtiva üzərində köhnələn bir sənəd qəbul edirlər.
Azərbaycanı Ermənistana qarşı hərbi təcavüzdə ittiham edirlər…
30 il ərzində torpağımız Ermənistanın hərbi təcavüzünə məruz qalmışdı, işğal edilən ərazilərdə hər şey məhv edilmişdi. 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var idi… Amma AP susurdu. İndi isə Azərbaycanı hərbi təcavüzdə ittiham edirlər.
Azərbaycanın Qarabağı blokadaya almaqda ittiham edirlər. Bu gün AP tarixin zibilxanasında yer almış Madrid prinsiplərini dirçəltmək istəyir. Çox dəhşətli fakt ondan ibarətdir ki, 21-ci əsrdə Ermənistan – Azərbaycan münasibətləri ilə bağlı AP xristian həmrəyliyini nümayiş etdirir.
Sual yaranır ki, bəs niyə siz 10 noyabr bəyannaməsi imzalanandan sonra 300-dən çox Azərbaycan vətəndaşı Ermənistanın mina terrorunun qurbanına çevrilib. O minalar Laçın yoluyla daşınmadımı? AP buna niyə susur?
Guya ki, Azərbaycanı erməni əsir saxlamaqda ittiham edirlər. Azərbaycanda heç bir erməni əsir yoxdu.
Çalışırlar ki, Madrid prinsiplərini diriltsinlər. O prinsipləri bu gün heç Ermənistan tərəfi özü dilinə gətirmir.
Elman Nəsirov qeyd edir ki, AP-nin qəbul etdiyi heç bir bəyannamə Azərbaycanın haqq işinə mane ola bilməz. Ali baş komandanımızın çox qətiyyətli mövqeyi var.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Bu gün eyni zamanda Azərbaycan Avropaya yaşıl enerji nöqteyi nəzərdən təhlükəsizlik təminatına tövhələr verir.
Belə olan halda Avropa parlamentariləri bilsinlər ki, bizim çox yüksək əməkdaşlığımız var.bunu onlar unutmamalıdır. Həm də bu davranış heç bir reallığa söykənmir.
Elman Nəsirli hesab edir ki, bu cür bəyanatlar bizim işimizə mane ola bilməz. Azərbaycan Aİ-nin üzvü də deyil. Üzvlük öhrəlikləri də yoxdur. Bu qətnamə kağız parçasından başqa bir şey deyil
Gundelik-Baku.Org