Rusiyanın cinayətlərini araşdıran beynəlxalq tribunal yaradılacaq

Rusiyanın cinayətlərini araşdıran beynəlxalq tribunal yaradılacaq
Avropa Parlamenti (AP) "Rusiyanın Ukraynaya qarşı cinayətlərini" araşdırmaq üçün xüsusi beynəlxalq tribunalın yaradılmasını tələb edən qətnamənin lehinə səs verib. 
Bu barədə AP-nin saytında məlumat qeyd olunub. 
"Avropa Parlamentinin üzvləri Rusiyanın siyasi və hərbi rəhbərliyinin Ukraynaya qarşı cinayətlərə və təcavüzə görə məsuliyyətə cəlb olunmasını tələb edir", - bəyanatda deyilir.
Eyni zamanda, qəbul edilmiş qətnamə məcburi icra tələb etmir.
Gundelik-Baku.Org