Həyatda olmasa da, “Spotify”da ən çox dinləniləndir

Həyatda olmasa da, “Spotify”da ən çox dinləniləndir
1989-cu ildə qətlə yetirilən türk ifaçı Bergen ötən il “Spotify”da ən çox dinlənilən sənətçilərdən olub.
Haqqında çəkilən filmdən sonra yenidən mahnıları gündəmə gələn müğənnini 87 milyon dəfə dinləyiblər.
Qeyd edək ki, bu il “Bergen Saygı” albomu da işıq üzü görüb. Onun mahnıları yenidən Gülşen, Ceylan Ertem, Derya Uluğ və başqa sənətçilər tərəfindən də səsləndirilib. Həmçinin, “Bergen” filmində baş rolu canlandıran Farah Zeynep Abdullah da müğənninin mahnılarını ifa edib.

Gundelik-Baku.Org