2022-ci ilin ən məşhur şəxsləri açıqlandı

2022-ci ilin ən məşhur şəxsləri açıqlandı
Məşhur kino məlumat bazası IMDB ictimai səsvermə yolu ilə bu ilin ən populyar adlarını açıqlayıb.
Layihələri və uğurlu çıxışları ilə adından söz etdirən məşhur adları təqdim edirik:
Jamie Campbell Bower
4-cü sezonda "Stranger Things" serialına daxil olan ingilis aktyor serialdakı sürpriz xarakterinin yüksəlişi ilə böyük bəyənmə toplayıb.

Zoe Kravitz
Məşhur aktrisa bu il "Betmen" filmindəki Pişik Qadın obrazı və "High Fidelity" serialı ilə çox danışılıb.

Lily James
İngilis aktrisa Pamela Andersonun həyatından bəhs edən "Pam & Tommy" serialı ilə gündəmə gəlib.

Ostin Butler
Rok-n-roll əfsanəsi Elvis Preslinin həyatından bəhs edən "Elvis" filmində ikona obrazını canlandıran amerikalı aktyor bu il haqqında çox danışılıb.

Millie Bobby Brown
"Stranger Things"  və "Enola Holmes" kimi prodüserlərlə tanınan britaniyalı aktyor  bu il həm şəxsi həyatı, həm də karyerası ilə dəfələrlə gündəmə gəlib.

Julia Garner 
"Ozark" serialındakı roluna görə bir çox mükafatlar qazanan aktrisa Madonna bioqrafiyasında məşhur müğənnini canlandıracaq.

Cozef Quinn
4-cü sezonda "Stranger Things" serialına çəkilən aktyor Eddi Munson obrazı ilə pərəstişkarlarının sevimlisinə çevrilib.

 Milly Alcock
"Game of Thrones"un spin-off serialı "House of Dragon"da Emma D'Arcy obrazının gəncliyini canlandıran aktrisa ifası ilə böyük rəğbət qazanıb.

Emma D'Arcy
“Game of Thrones”un spin-off serialı “House of Dragon”da rol alan britaniyalı aktrisa Emma D’Arsi bu ilin ən çox danışılan adlarından biridir.



Gundelik-Baku.Org