“Huysuz Virjin”in çəkilişləri başlayır

“Huysuz Virjin”in çəkilişləri başlayır
Türkiyənin mərhum komediya ustası Seyfi Dursunoğlunun həyatından bəhs edən “Huysuz Virjin” filminin çəkilişləri yaxın günlərdə başlayır.
Üç ilə yaxındır hazırlıqları davam edən layihənin 2023-cü ildə izləyicilərə təqdim ediləcəyi planlaşdırılır.
Ekran işində yer alacaq sənətçilərin adları isə hələ ki açıqlanmayıb.
Qeyd edək ki, film “Müslüm” və “Bergen” layihələrinin yaradıcı qrupu tərəfindən həyata keçirilir.
Gundelik-Baku.Org