Ed Şiran yeni albom çıxaracaq

Ed Şiran yeni albom çıxaracaq
Britaniyalı müğənni Ed Şiran 2023-cü ildə növbəti musiqi albomunu çıxaracağını təsdiqləyib.
Bu barədə “NME” nəşri məlumat yayıb. Sənətçi hələ yeni diskin buraxılışının təfərrüatlarını açıqlamayıb. O bildirib ki, yaxın vaxtlarda alboma daxil ediləcək sinqllardan birinə klip çəkdirmək niyyətindədir.
Şiranın “+”, “x”, “÷” və “=” albomları 52 həftədir ki, Böyük Britaniyanın rəsmi hit-paradlarının ilk 10-luğundadır.
Həmçinin, musiqiçinin 2021-ci il “=” albomundan ikinci sinqlı olan “Shivers” Spotify-da bir milyard yayıma çatıb.
Gundelik-Baku.Org