Bakıda nişanlısı tərəfindən amansızlıqla öldürülən 16 yaşlı qızla bağlı YENİ FAKTLAR - YENİLƏNİB + VİDEO

Bakıda nişanlısı tərəfindən amansızlıqla öldürülən 16 yaşlı qızla bağlı YENİ FAKTLAR - YENİLƏNİB + VİDEO
Dünən Abşeron rayonu Hökməli qəsəbəsində nişanlısı tərəfindən qətlə yetirilən 16 yaşlı H.Rəcəbovanın orta təhsili yarımçıq qalıbmış.
Hökməli qəsəbə tam orta məktəbindən “Qafqazinfo”ya bildirilib ki, H.Rəcəbova 2021-ci ildə 8-ci sinifdə oxuyarkən ailəsinin tələbi ilə təhsilini yarımçıq qoyub.
 “Onun atası bir müddət əvvəl vəfat edib, qapalı ailə olduqları üçün anasını çölə buraxmırlar. Nənəsi orta məktəbə gəlib təkidlə nəvəsinin məktəbdən çıxarılmasını tələb etdi. O, nəvəsinin nişanlandığını və 8-ci sinifdən sonra təhsilə davam etməyəcəyini bildirdi. Bundan sonra H.Rəcəbovanın məktəbdən çıxarılmasını aktlaşdırdıq və məktəbi tərk etdi”, - deyə bildirib.
Qeyd edək ki, ailənin H.Rəcəbovadan başqa bir oğlu var.
Gundelik-Baku.Org