Azərbaycanda toyda döyülən müğənninin kimliyi bilindi - YENİLƏNİB

Azərbaycanda toyda döyülən müğənninin kimliyi bilindi - YENİLƏNİB
Kürdəmirdə döyülən müğənninin kimliyi məlum olub.
Lent.az xəbər verir ki, həmin müğənni Nurlan Əliyevdir.
Onun rayon ərazisində müğənni kimi fəaliyyət göstərdiyi bildirilir.
*** 10:52
Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Gundelik-Baku.Org