Kampusa girib, 16 mahnı yazdı

Kampusa girib, 16 mahnı yazdı
Edis yeni albomu üçün 16 mahnı yazdığını bildirib.
Sənətçi bu barədə sosial media hesabında məlumat verib. O, yeni albomunun 2023-cü ildə işıq üzü görəcəyini söyləyib.
“Yenə inanılmaz mahnılar yazdığımız albom kampusum bitdi. Çox həyəcanlıyam. Bu dəfə başqa cür həyəcanlıyam, çünki birlikdə başqa bir dünyaya giririk. 16 mahnı desəm, qorxarsınız? Xahiş edirəm, hamısını tək-tək dinləyin, analiz edin! Biri-birindən ayrı deyil. 2023-cü il inanılmaz bir ildir!”.
Qeyd edək ki, Edis 2023-cü ilin martın 18-də “Baku Crystall Hall”da konsert verəcək.
Gundelik-Baku.Org