Məşhur aktrisa dünyasını dəyişdi

Məşhur aktrisa dünyasını dəyişdi
Bir müddətdir səhhətində problemlər yaşayan türkiyəli məşhur aktrisa Billur Kalkavan dünyasını dəyişib.
Türkiyə mətbuatı məlumat verir ki, bir müddətdir xərçənglə mübarizə aparan Kalkavan müalicə aldığı xəstəxanada vəfat edib.
Bu xəbəri açıqlayan Həmdi Alkan, "Təəssüf ki, uduzduq.Daha dözə bilmədi. Çox təəssüf edirəm. Çox sevdiyimiz dost idi", -deyə paylaşımında bildirib. 
Qeyd edək ki, 59 yaşlı aktrisa “Ihlamurlar altında”, “Bir avuç huzur”, “Servet avcısı” kimi məşhur seriallarda rol alıb. 
Gundelik-Baku.Org