Türkiyəli müğənni ona ayı qanı köçürüləcəyini açıqladı

Türkiyəli müğənni ona ayı qanı köçürüləcəyini açıqladı
Türkiyəli müğənni və aktrisa Selen Görgüzel bədəninə ayı qanı köçürmək istədiyini bildirib.
Bu barədə o, Nişantaşıda açıqlama verib. 
Gözəl qalmaq üçün hər addım atan müğənni özü üçün yeni gözəllik üsulu kəşf etdiyini bildirib.
"Ayı qanının vurulması üçün araşdırma aparıram. Ayılar 6 ay qış yuxusuna getdiyi üçün əzələ əriməsi baş vermir və araşdırmalar nəticəsində bunun insanlara faydalı olduğu açıqlanıb. İndi bunun harada edildiyini araşdırıram, həyata keçirəcəm. Əzələ və sümük quruluşuna faydalıdır", - o deyib.
Gundelik-Baku.Org