Edis yenidən Bakıya gəlir!

Edis yenidən Bakıya gəlir!
Türkiyənin məşhur pop ulduzu Edis yenidən Bakıya gəlməyə hazırlaşır.
OLAY yazır ki, sənətçi 18 martda konsert proqramı ilə sevənləri qarşısında çıxış edəcək.
İfaçı “Baku Crystal Hall”da səhnə alacaq.

Qeyd edək ki, müğənni bu ilin mayında 2 gün ard-arda konsert vermiş, 2 saatdan çox səhnədə canlı performans göstərmişdi. Edisin konsertinə ümumilikdə 7 min adam qatılmışdı.
Bundan başqa, sənətçinin bilet satışları da sürətli tükənməsinə görə Azərbaycanda rekord qırıb. Belə ki, konsertə 6 saat ərzində 1000 bilet satılıb, 3 gün ərzində isə biletlər tükənib.

Gundelik-Baku.Org