Müğənni Rəhim Rəhimli VƏFAT ETDİ - (YENİLƏNİB)

Müğənni Rəhim Rəhimli VƏFAT ETDİ - (YENİLƏNİB)
Müğənni Rəhim Rəhimli dünyasını dəyişib. İfaçı bu gün saat 12:00-da Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq. 
Bəstəkarın meneceri Həmzə Məmmədli açıqlamasında bildirib ki, sənətçinin son zamanlar ürəyi xəstə olub. 
"Gecə yatıb, durmayıb. Ürəktutmasından dünyasını dəyişib".

***04:34
Tanınmış azərbaycanlı müğənni Rəhim Rəhimli vəfat edib.
Bu barədə prodüser Tarix Əliyev özünün "Instagram" hesabında məlumat yayıb.
Müğənni gecə saatlarında dünyasını dəyişib. Xalq artisti Faiq Ağayev və bir sıra məşhurlar da R.Rəhimlinin vəfatı ilə bağlı başsağlığı paylaşımı ediblər. 
Qeyd edək ki, Rəhim Rəhimli 1979-cu ilin 7 iyun tarixində Ağdamda anadan olub. O, bəstəkar, müğənni və aktyor kimi 2006-cı ildən səhnədə idi.
  • Müğənni Rəhim Rəhimli VƏFAT ETDİ - (YENİLƏNİB)

Gundelik-Baku.Org