“Ana dediyim qadını son mənzilə yola sala bilmədim”

“Ana dediyim qadını son mənzilə yola sala bilmədim”
“Ruhəngiz Qasımova ilə vida mərasiminə qatıla bilmədim. O qədər pis olmuşam ki...”
Bu sözləri açıqlamasında mərhum bəstəkarın vaxtilə münsifi olduğu “Yeni ulduz-6” müsabiqəsinin qalibi, müğənni Vüqar Muradov deyib.
“Oqtay Əliyev dedi ki, cənazə bir həftəyə gələcək. Bu tezlikdə gələcəyini gözləmirdim, vida mərasimindən də xəbər tutmadım. Ana dediyim qadını yola sala bilmədim (ağlayır-red.) Pis vəziyyətdə qaldım. Qızı Canananın da nömrəsi yox idi ki, əlaqə saxlayım, məlumat alım. Ona görə də vidada adam az idi, vaxtında xəbər tuta bilməyiblər”, - deyə o əlavə edib.
“Yeni ulduz-4”ün qalibi, müğənni İlhamə Qasımova vida mərasiminə şəxsi səbəblərdən qatıla bilmədiyini bildirib: “Ruhəngiz Qasımova ilə aramızda heç bir problem olmayıb. Onun xətrini dünyalar qədər istəyirdim. Şəxsi problemlərimə görə iştirak edə bilmədim”.
“Yeni ulduz-4”də ikinci yerə çıxan müğənni Elvin Abdullayev isə vida mərasimində iştirak edə bilməməsini belə izah edib: “Televiziyada Zümrüd Bədəlovanın verilişində idim. Sonra uşaqları məktəbə aparıb-gətirdim. Çatdıra bilmədim. Hər zaman Ruhəngiz Qasımovadan dəstək görmüşəm. Münasibətimiz həmişə yaxşı olub. Onun məzarını ziyarət edəcəyəm, halallıq alacağam”.   
Gundelik-Baku.Org