Azərbaycanlı iş adamının müğənni oğlunun TOYUNDAN GÖRÜNTÜLƏR - FOTO/VİDEO

Azərbaycanlı iş adamının müğənni oğlunun TOYUNDAN GÖRÜNTÜLƏR - FOTO/VİDEO
Ötən gün müğənni Orxan Babazadənin toyu olub. 
Sənətçi subayılığın daşını ataraq sevib-seçdiyi xanımla ailə həyatı qurub. Cütlüyün şad günü paytaxtın dəbdəbəli məkanlarından birində baş tutub. 
Orxanın toyunda ailə üzvləri ilə yanaşı, sənət aləmindən olan həmkarları da iştirak ediblər. Onlar arasında müğənni Manaf Ağayev, Əməkdar artistlər Elnarə Abdullayeva, Elton Hüseynəliyev, Nüşabə Ələsgərli, rəqqasə Fatimə Fətəliyeva, aparıcı Zümrüd Bədəlova, Zaur Kamal, aktyor İlkin Həsəni və digərləri olub. 
Rəngarəng görüntülərlə yadda qalan gecədə şou əhli həm oxuyub, həm də rəqs edib. 
Xatırladaq ki, bir müddət əvvəl mətbuatda sənətçinin evləndiyi ilə bağlı xəbərlər yayılmışdı. Bu haqda BAKU.WS-ə açıqlama verən müğənni məlumatları təkzib edərək toyunun qarşıdakı günlərdə baş tutacağını bildirmişdi. 
Orxan Babazadənin atası şou əhlinin də yaxından tanıdığı Baba adlı tanınmış iş adamıdır.

 

Zöhrə Pənahi
BAKU.WS
VİDEO






Gundelik-Baku.Org