Qazaxıstanda inflyasiya rekord həddə çatdı

Qazaxıstanda inflyasiya rekord həddə çatdı
Noyabrda Qazaxıstanda illik inflyasiya 19,6% təşkil edərək tarixi maksimuma çatıb.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin geniş iclasında deyib:
“Bu ilin 11 ayında iqtisadi artım 4,6%-dən 2,7%-ə qədər səngiyib. Son 14 ildə inflyasiya tarixi maksimuma çataraq 19,6% təşkil edib. Təbii ki, bu vəziyyət əhalinin həyat səviyyəsinə və gəlirlərinə çox mənfi təsir göstərir”.
Ölkənin Baş naziri Əlixan Smailov öz növbəsində qeyd edib ki, inflyasiyanın bu səviyyəyə çatmasının əsas səbəbləri geosiyasi gərginliyin artması, dünyada rekord bahalaşma, logistika əlaqələrinin pozulması və bəzi malların qonşu ölkələrə ixracına müvəqqəti məhdudiyyətlərin tətbiqi olub.
Mənbə: TASS
Gundelik-Baku.Org