ABŞ-da alkoqoldan ölənlərin sayı rekord həddə çatdı

ABŞ-da alkoqoldan ölənlərin sayı rekord həddə çatdı
ABŞ Səhiyyə Departamenti son 40 ildə alkoqol qəbulu səbəbindən ölümlərin rekord həddə çatdığını bildirib.  
"Associated Press" agentliyi xəbər verir ki, təkcə 2020-ci ildə Birləşmiş Ştatlarda 52 000 nəfər ölümü qeydə alınıb. 
Eyni zamanda, 2019-cu ildə ölüm nisbəti 39 min olub. Bildirilir ki,  "sərxoş" ölüm hallarının sayı 2020-ci ildən bu yana 26% artıb. Bu rəqəm son dörd onilliyin ən yüksək göstəricisi olub.
Hesabatda qeyd olunur ki, içki içənlər ən çox qaraciyər və mədəaltı vəzi çatışmazlığından və zəhərlənmədən ölür.
Gundelik-Baku.Org