KTMT-nin baş katibi dəyişdirildi

KTMT-nin baş katibi dəyişdirildi
KTMT-nin baş katibi vəzifəsini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov yerinə yetirəcək.
Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında deyib.
"Stanislav Vasili Zas KTMT-nin baş katibi vəzifəsində üç illik fəaliyyətini başa vurur. Vicdanlı işinə görə ona təşəkkür etmək istəyirəm. 2023-cü ilin əvvəlindən, qarşıdakı 3 ildə KTMT-nin baş katibinin vəzifələrini Qazaxıstan nümayəndəsi İmanqali Nurqali Tasmaqambetov yerinə yetirəcəyindən, hörmətli Kasım-Jomart Tokayevin onu bizə təqdim edəcəyini düşünürəm", - Baş nazir bildirib.
Gundelik-Baku.Org