Baş nazir ərzağın bahalaşmasından DANIŞDI

Baş nazir ərzağın bahalaşmasından DANIŞDI
"Son dövrlərdə müşahidə olunan regional və qlobal geosiyasi gərginlik, Rusiya və Ukrayna arasında hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, qlobal istehsal-təchizat  zəncirində qırılmalar, yüksək enerji qiymətləri, həmçinin, daşınma və logistika xərclərinin yüksəlməsi dünya ərzaq qiymətlərinin bahalaşmasına, ərzaq qıtlığına, əksər ölkələrdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olub".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. 
Baş nazir bildirib ki, yüksək inflyasiya fonunda qlobal artım sürətinin zəifləməsi dünya iqtisadiyyatını tənəzzül ilə üz-üzə qoyur: "Cənab Prezidentin qeyd etdiyi kimi, qlobal vəziyyətin necə olacağını öncədən təxmin etmək çətin məsələdir. Yalnız bu aydındır ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Bir sözlə, qlobal inflyasiya mühiti üzrə əsas risklər, xarici xərc amilləri inflyasiyanı artıran əsas səbəblərdir. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycan da inflyasiya təzyiqləri ilə üzləşir. Cari ilin ötən dövründə idxal qiymətlərinin illik artım tempi 22% təşkil etmiş və ölkəmizdə də orta illik inflyasiya (13,8%) ikirəqəmli olub. İnflyasiya əsasən ərzağın bahalaşması (60%-dən çox) hesabına formalaşıb".
Gundelik-Baku.Org