Putin Tokayevi təbrik etdi

Putin Tokayevi təbrik etdi
Rusiya prezidenti Vladimir Putin Kasım-Jomart Tokayevi yenidən Qazaxıstan prezidenti seçilməsi münasibətilə təbrik edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. 
Qeyd edək ki, Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev prezident seçkilərində 81,31 faiz səslə qalib gəlib.
İkinci yeri 3,42% səs toplayan “Auyl” partiyasının namizədi Jiquli Dairbayev tutub.
Tokayev daha əvvəl bildirmişdi ki, Qazaxıstanda keçiriləcək prezident seçkiləri ölkədə hakimiyyət institutlarının hərtərəfli yenidən qurulması üçün başlanğıc nöqtəsi olacaq.
Gundelik-Baku.Org