Türkiyədə illik inflyasiya 85 faizi keçdi

Türkiyədə illik inflyasiya 85 faizi keçdi
Türkiyədə oktyabr ayında illik inflyasiya 85,51 faiz təşkil edib.
İstehlak qiymətləri oktyabr ayında bir əvvəlki ilin eyni ayı ilə müqayisədə 85,51 faiz artıb. Aylıq inflyasiya 3,54 faiz təşkil edib.
Sentyabrda inflyasiya 83,45 faiz olaraq açıqlanıb.
Əvvəlki ilin eyni ayına nisbətən ən az artım müşahidə edilən əsas qrup 33,48 faizlə rabitə, ən çox artım göstərən əsas qrup isə 117,15 faizlə daşınma təşkil edib.
Mənbə: Habertürk
Gundelik-Baku.Org