Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə nə qədər neft göndərəcəyini açıqladı

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə nə qədər neft göndərəcəyini açıqladı
Qazaxıstan gələn ildən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ildə 1,5 milyon ton neft nəql etməyə başlamağı planlaşdırır.
Bu barədə jurnalistlərə respublikanın Baş naziri Əlixan Smailov məlumat verib:
“Xüsusən, Bakı-Tbilisi-Ceyhan vasitəsilə bizim gələn il yanvarın 1-dən bu istiqamətdə 1,5 milyon ton neft göndərilməsi ilə bağlı razılaşmamız var və onun 6-6,5 milyon tona çatdırılması üzərində iş gedir”.
Onun sözlərinə görə, Qazaxıstanda neft ixracının şaxələndirilməsi çərçivəsində xüsusi yol xəritəsi hazırlanıb:
“Bu, Aktau limanından Bakı limanına, oradan isə Bakı-Tbilisi-Ceyhan boru kəməri istiqamətindədir”.
Mənbə: TASS
Gundelik-Baku.Org